...

ABŞ-ın Dövlət Departamenti Rəsul Quliyev barəsində cinayət işi ilə bağlı heç bir şərh vermir

Siyasət Materials 19 Oktyabr 2005 11:00 (UTC +04:00)

"ABŞ-ın Dövlət Departamenti Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev barəsndə cinayət işinin qaldırılması ilə bağlı heç bir şərh vermir". Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Dövlt Departamentinin mətbuat katibi Şon Mak Kormak Vaşinqtonda keçirilən gündəlik brifinqdə bəyan edib.

O xatırladıb ki, Rəsul Quliyev Azərbaycana qayıdarkən, onun gətirən təyyarə Ukraynada yanacaq doldurmaq üçün yerə enmiş və bu zaman ADP sədri İnterpol tərəfindən saxlanılmışdır.

Bununla yanaşı, departamentin sədri bu cinayət işinin açıq və müvafiq prosedurlar nəzərə alınmaqla qaldırılacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti