...

Stiven Mann və Daniel Frid Bakıya oktyabrın 19-da axşam gələcəklər

Siyasət Materials 19 Oktyabr 2005 12:03 (UTC +04:00)

"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid /Daniel Fried/ və ABŞ-ın Dağlıq Qarabağ və Avrasiyanın digər regionlarında münaqişə üzrə xüsusi nümayəndəsi Stiven Mann /Steven Mann/ oktyabrın 19-da axşam Bakıya gələcəklər". Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Rəsmi görüşlər oktyabrın 20-də keçiriləcək. ABŞ-ın nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafi naziri Səfər Əbiyevin qarşılayacağı gözlənilir. Görüşlər zamanı ikitərəfli əlaqələr, seçkiqabağı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələrin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyəti artıq Ermənistan rəhbərliyi - prezident Robert Köçəryanla, parlamentin spikeri Artur Baqdasaryanla, müdafiə və ədliyyə nazirləri Serj Sarkisyan və David Artyunyanla görüşüb. Onlar arasında ikitərəfli əlaqələr, Ermənistanda demokratik islahatlar, Amerika ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin, Amerikanın Ermənistana yardım proqramlarının həyata keçirilməsi ilə bağlı məsələr müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti