...

Moskvada Heydər Əliyevə abidə qoyulacaq

Siyasət Materials 19 Oktyabr 2005 13:02 (UTC +04:00)

"2005-ci ildə Moskvada "Bakı" kino-konsert kompleksi yaxınlığındakı şəhər bağçasında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsi ucaldılacaq". Şəhər idarəsindəki mənbədən "İnterfaks"a verilən məlumata görə, bu sərəncamı Moskva meri Yuri Lujkov imzalayıb.

Mənbənin sözlərinə görə, Sergey Şerbakov və Natiq Əliyevin tuncdan hazırlanmış bu heykəltaraşlıq əsəri Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən paytaxta hədiyyə edilir.

"Abidənin hazırlanması, o cümlədən onun ucaldılacağı ərazinin abadlaşdırılması üzrə işlər Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi tərəfindən maliyyələşdirilir", - deyə şəhər idarəsindən qeyd edilib.

Xəbər lenti

Xəbər lenti