...

Ukrayna Rəsul Quliyevin statusunu müəyyənləşdirir

Siyasət Materials 19 Oktyabr 2005 14:17 (UTC +04:00)

"Ukraynanın Xarici İşlər Nazirliyi Simferopolda saxlanılan Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin statusunu müəyyənləşdirir və onun təsidq edilməsi üçün Amerika tərəfinə sorğu göndərib". Bu barədə Trend ə eksklüziv müsahibəsində Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima bəyan edib.

"Bu statusun necə təsdiq ediləcəyindən asılı olaraq, müvafiq beynəlxalq sənədlər qüvvəyə minəcək. Bu ya Qaçqınlar haqqında Cenevrə konvensiyası, ya da cinayətkarların ekstradasiyası haqqında Avropa Konvensiyası olacaq, əks təqdirdə biz Minsk konvensiyasını əsas tutacağıq", - deyə diplomat qeyd edib. Onun sözlərinə görə, R.Quliyev Ukraynaya onun vətəndaşlığı və statusunun göstərilmədiyi sənədlə gəlib. Buna görə də Ukrayna tərəfi bunun təsdiq edilməsi üçün ABŞ-a müraciət edib və cavab gözləyir.

"Bu prosesin nə qədər çəkəcəyi məlum deyil və o, Amerika tərəfindən asılıdır", - deyə İ.Kizima əlavə edib.

Xəbər lenti

Xəbər lenti