...

Azərbaycanlı xilasedicilər və həkimlərin Pakistandakı missiyası başa çatıb

Siyasət Materials 19 Oktyabr 2005 14:19 (UTC +04:00)

Oktyabrın 20-də azərbaycanlı xilasedicilər və həkimlər Pakistandan Bakıya qayıdacaqlar. Bu barədə Trend ə Azərbaycanın Pakistandakı Səfirliyinini konsulu Daşqın Şikarov eksklyuziv olaraqa bildirib. Onnu sözlərinə görə, azərbaycanlı xilasedicilər və həkimlərdən ibarət qrupu Bakıya çatdırmaq üçün İslamabada onların ardınca xüsusi təyyarə gələcək.

Diplomat xatırladıb ki, 20 xilasedici və 15 həkim oktyabrın 12-dən Pakistanın zəlzələdən ən çox ziyan çəkən Bolokot şəhərində işləyirlər. Bu müddət ərzində həkimlər tərəfindən təxminən 500 yaralıya tibbi yardım göstərilib, 50 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb.Azərbaycanın Mülki Müdafiə Qərargahının zabitləri isə dağıntılar altından yüzlərlə həlak olmuş insanı çıxarıblar.

D.Şikarovun sözlərinə görə, zəlzələ nəticəsində 25 mindən artıq insan həlak olub. Buna baxmayaraq, hazırda Pakistan hökuməti zərərçəkənlərə özü texniki yardım göstərməyi davam etdirməyə qadirdir. "Azərbaycanlı xilasedicilərin və həkimlərin fəaliyyətini başa çatmış hesab etmək olar. Onlar artıq öz əsas missiyalarını yerinə yetiriblər" , - deyə konsul qeyd edib.

Azərbaycanlı həkimlərin və xilasedicilərin göstərdikləri fəaliyyətə görə Pakistan ordusunun Bolokotdakı əlaqələndiricisi, beynəlxalq xilasedicilərin işinə nəzarəti həyata keçirən polkovnik Meydin Əli xüsusi minnətdarlığını bildirib. O Azərbaycanın Pakistğandakı səfirliyi ilə əlaqə saxlayaraq Azərbaycanın missiyasının göstərdikləri peşəkarlığa görə təşəkkürünü ifadə edib. D.Şikarov qrupa daxil olan azərbaycanlı həkimlərin peşəkar olduqlarını xüsusi qeyd ədərək onların Pakistana qədər dağıdıcı zəlzələdən ziyan çəkən Türkiyə və İranda da çalışdıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti