...

Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev tutduğu vəzifədən azad edilib

Siyasət Materials 19 Oktyabr 2005 14:31 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev tutduğu vəzifədən azad edilib

"Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev tutduğu vəzifədən azad edilib". Trend in xəbər verdiyi kimi, bu barədə sərəncam oktyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Sənəddə nazirin vəzifədən uzaqlaşdırılmasının səbəbləri göstərilmir və sərəncam imzalandığı anadan qüvvəyə minir.

Qeyd edək ki, Fərhad Əliyev 1963-cü il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunda anadan olub. Xarici trurizm Şurasının birinci müavini, "Azərvostok" SC-nin idarə heyətinin sədri vəzifələrində çalışıb. Ticarət və Dövlət Əmlakı Nazirliyinin rəhbəri olub. 2001-ci ilin aprel ayından isə Azərbaycanın iqtisadi inkişaf naziri kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti