...

Seçkiləri boykot qərarı qəbul edilməyib

Siyasət Materials 19 Oktyabr 2005 15:46 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları (VCQ) seçki bloku 6 noyabr parlament seçkilərini boykot etməsi barədə məsələni qəbul etməyib". Bu barədə Trend ə VCQ seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Qeyd edək ki, seçkiləri boykot etmək təklifi elə Y.Cəfərli tərəfindən VCQ-nin ötən toplantısında müzakirəyə çıxarılmışdır. Blokun rəhbəri İsgəndər Həmidov həmin toplantıda iştirak etmədiyindən məsələ oktyabrın 16-da müzakirəyə çıxarılıb. Y.Cəfərlinin sözlərinə görə blok belə qərara alıb ki, seçkilərdə iştirak etsin.

Y.Cəfərli onu da bildirib ki, toplantıda bir sıra məsələlərlə yanaşı eks-spiker Rəsul Quliyevlə bağıl məlum məsələ də müzakirə obyekti olub: "Biz qanun çərçivəsində bütün mühacirlərin vətənə qayıdışını istəyirik. Belə qərara aldıq ki, Rəsul Quliyevin hüquqlarının qorunması ilə bağlı "Azadlıq" blokunun oktyabrın 23-də keçirəcəyi mitinqə blok qatılmayacaq".

VQC səlahiyyətlisi onu da qeyd edib ki, maliyyə baxımından blokun təsis etdiyi "Milli hərəkat" qəzetinin gündəlik nəşri məsələsi də müzakirədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti