...

Sərhəd Məsələləri Üzrə İşçi Qrupunun üzvləri Azərbaycan-Rusiya sərhədinə səfər edəcək

Siyasət Materials 19 Oktyabr 2005 16:48 (UTC +04:00)

Oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Mərkəzi Aparatında Sərhəd Məsələləri Üzrə Beynəlxalq Konfransın İşçi Qrupunun ikinci iclası öz işinə başlayıb. DSX-dən Trend ə verilən məlumatda bildirilir ki, iclas "Silah-sursat və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısının alınması" üzrə keçirilir.

İclasda Azərbaycan, Avstriya, Almaniya, Gürcüstan, Rusiya, Rumıniya, ABŞ, Türkiyə və Ukraynanın sərhəd qurumlarının, o cümlədən, Azərbaycanın bir sıra digər qurumlarının nümayəndələri iştirak edir.

Yığıncaqda İşçi Qrupunun üzvlərinin Azərbaycan, eləcə də Avstriya, Almaniya, Gürcüstan, Macarıstan, Rusiya, ABŞ Sərhəd Xidməti nümayəndələrinin silah-sursatın və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində təsis yığıncağından sonra görülmüş işlərin nəticələri barədə məruzələri dinləniləcək.

Müzakirələr hər il Macarıstanda keçirilən Sərhəd Məsələləri üzrə beynəlxalq konfransda sərhəd nəzarəti zamanı silah, sursat və radioaktiv materialların aşkarlanması üzrə daha effektli metodlara dair təkliflərin hazırlanması məqsədini daşıyır.

Qeyd edək ki, silah, sursat və radioaktiv materiallara nəzarət üzrə xüsusi texniki vasitələrin Azərbaycan-Rusiya sərhədində tətbiqi ilə tanış olmaq üçün İşçi Qrupunun üzvlərinin sərhəd məntəqələrinə səfərləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti