...

ABŞ nümayəndə heyətinin Azərbaycana səfər proqramı dəqiqləşdirilib

Siyasət Materials 19 Oktyabr 2005 17:45 (UTC +04:00)

ABŞ-nın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Daniel Fridanın /Daniel Fried/, eləcə də Dağlıq Qarabağ və Avrasiyanın digər regionlarında münaqişə üzrə xüsusi nümayəndəsi Stiven Mənnin/Steven Mann/ Bakıya oktyabrın 19-20-nə planlaşdırılmış səfər proqramı dəqiqləşdirilib.Bu barədə Trend ə AR XİN-də bildirilib.

Nümayəndə heyəti oktyabrın 19-da axşam Bakıda olacaq.XİN-də bildirilib ki, rəsmi görüşlər oktyabrın 20-də keçiriləcək.Beləliklə, saat 11.00-da D.Fridanın Bakı Dövlət Universitetində görüşü təyin edilib.O, burada həmin ali məktəbin müəllim və tələbələri qarşısında çıxış edəcək.Günorta qonaqları AR xarici işlər naziri Elmar Məmmədyarov, sonra isə prezident İlham Əliyev qəbul edəcək. XİN-də bildirilib ki, səfər zamanı ARDNŞ-də də görüş planlaşdırılıb.Səfərin yekunlarına əsasən, D.Frid və S.Mənn saat 18.00-da Hyatt-Parkda mətbuat konfransı keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, seçkiqabağı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti