...

Corc Buş: Azərbaycanda keçiriləcək parlament seçkiləri ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə yüksəldəcək

Siyasət Materials 19 Oktyabr 2005 20:22 (UTC +04:00)

Azərbaycanda gələn aya planlaşdırılmış parlament seçkiləri ölkələrimiz arasında münasibətlərin yeni strateji səviyyəyə yüksəlməsi üçün imkanlar yaradacaq. Trend bildirir ki, bu barədə ABŞ prezidenti Corc Buşun Azərbaycan prezidenti İlham Əliyevə məktubunda deyilir.

"Mən azad və ədalətli seçkilərin keçirilməsinə sadiqliynizi alqışlayıram. Bu seçkilər ölkələrimiz arasında güclü və ardıcıl münasibətlər üçün nəmlidir.Mən bu seçkilərdən sonra da Sizinlə əməkdaşlığı davam etdirmək arzusundayam" -deyə C.Buşun məktubunda qeyd olunur.

ABŞ prezidentinin məktubunda həmçinin beynəlxalq terrorizmlə mübarizədə Əfqanıstan və İraqda fəaliyyəti də daxil olmaqla Azərbaycan tərəfinə dəstəyinə, eləcə də Katrin qasırğasından zərər çəkənlərə $500 min həcmində humanitar yardım göstərdiyinə görə təşəkkür bildirilir.

Xəbər lenti

Xəbər lenti