...

ABŞ-ın Dövlət Departamentinin nümayəndələri Azərbaycanın siyasi partiya liderləri ilə görüşüblər

Siyasət Materials 20 Oktyabr 2005 13:16 (UTC +04:00)

"ABŞ-ın Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid (Daniel Fried) və Dağlıq Qarabağ və Avrasiya münaqişələri üzrə baş müşavir və xüsusi nümayəndə, səfir Stiven Mann (Steven Mann) oktyabrın 20-də Azərbaycanın siyasi partiya liderləri ilə görüşüblər. Görüş ABŞ-ın Azərbaycandakı səfirilyinin binasında keçirilib". Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Söhbət zamanı ölkədə noyabrın 6-da keçiriləcək parlmanet seçkilərinə hazırlıq məsələləri müzakirə olunub, Azərbaycanın siyasi partiyaları və KİV-lərin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə "Azadlıq" seçki blokunun nümayəndələri Əli Kərimli (Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri) və Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini), "Yeni Siyasət" seçki blokunun həmtəsisçiləri Eldar Namazov və Etibar Məmmədov, həmçinin, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyevə iştirak ediblər.

A.Mollazadənin sözlərinə görə, o, rəhbəri olduğu partiyanın seçkiqabağı dövrdə mövqeyini açıqlayıb, seçki prosesində mövcud problemlərdən bəhs edib.

Sərdar Cəlaloğlu çıxış edərək ADP sədri Rəsul Quliyevin Bakıya gəlişi zaman (17 oktyabr) yaranmış fövqəladə vəziyyətdən söz açaraq, Azərbaycanın hakim KİV-ləri, xüsusilə, "AzTV" tərəfindən müxalifətdən olan namizədlərə qarşı senzuranın tətbiq edildiyini qeyd edib.

Etibar Məmmədov isə seçkiqabağı dövrdə deputatlığa namizədlərin qarşılaşdığı maneələri qeyd edərək, qanun pozuntuları, yerli idarələrin seçki prosesinə fəal cəlb olunması və seçki kampaniyasında dövlət vəsaitlərindən qanunsuz istifadə edilməsi haqqında ətraflı məlumat verib.

ABŞ-ın DD nümayəndələri Azərbaycanda seçkilərin şəffaf və demokratik keçiriləcəyinə ümid etdiklərini və Bakıya səfərin yekunları üzrə ölkədə seçkiqabağı vəziyyətə dair məruzə hazırlanacağını, partiya liderlərinin qaldırdıqları məsələlər haqqında Azərbaycanın dövlət başçısına məlumat verəcəklərini bildiriblər.

Nümayəndələrin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov, prezident İlham Əliyev və KİV nümayəndələri ilə görüşləri gözlənilir.

Səfər oktyabrın 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti