...

Azərenerji Türkiyədən tezliklə elektrik enerjisiinin idxalını bərpa etməyə ümid edir

Siyasət Materials 20 Oktyabr 2005 13:45 (UTC +04:00)
Azərenerji Türkiyədən tezliklə elektrik enerjisiinin idxalını bərpa etməyə ümid edir

Yaxın günlərdə Türkiyədən Naxçıvan Muxtar Respublimkasına (NMR) elektrik enerjisinin verilməsinə başlanılacaq. Bu barədə Trend ə oktyabrın 20-də Azərenerji Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, 3 gün əvvəl hava şəraitinin pis olması ilə bağlı elektrik ötürücü xəttləri qırılıb və bu da Türkiyədən NMR-na enerji idxalını azaldıb. "Respublikaya əsasa elektrik enerjisi tədarükçüsü İran olduğuna görə bu hadisənin Naxçıvana o qədər də kəskin təsiri olmayıb", - deyə E.Pirverdiyev bildirib.

O qeyd edib ki, hazırda qəzanın səbəblərinin aradan qaldırılması və Naxçıvanıa Türkiyədən idxal olunan enerjinin bərpası üçün zəruri olan bütün işlər görülür.

Yanvar-sentyabr aylarında NMR-na 829,655 milyon kVt/s elektrik enepgisi verilib. Blokadada olan NMR-nın elektrik təchizatının əsas mənbəyi qonşu ölkələrdən idxal olunan elektrik enerjisinin payına düşür. Göstərilən dövrdə NMR-a İrandan 452,124 milyon kVt/s və Türkiyədən 301,722 milyon kVt/s enerji tədarük edilib. Hazırda HMR təkcə "Apaz" SES fəaliyyət göstərir ki, göstərilən dövrdə stansiya 74,091 milyon kVt/s enerji hasil edib.

Xəbər lenti

Xəbər lenti