...

Millət vəkilləri Fərhad və Rafiq Əliyev qardaşlarının həbsinə münasibət bildiriblər

Siyasət Materials 20 Oktyabr 2005 17:11 (UTC +04:00)

"Fərhad Əliyevin müxalifətin radikal qanadı ilə əlaqələri barədə konkret faktlar var". Bu barədə Trend ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalının sözlərinə görə, istintaqın nəticələrini gözləmək lazımdır. "Fərhad Əliyevin radikal müxalifətlə əlaqəsi görünür gələcəkdə təhlükəli məqam yarada bilərdi. Söhbət inqilablar vasitəsilə hakimiyyətə gəlməkdən gedir. Ancaq qəbul etməliyik ki, Azərbaycanda vəziyyət stabildir, prezident ictimai-siyasi prosesləri nəzarətdə saxlayır".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov isə Fərhad Əliyevin müxalifətlə əlaqələri barədə heç bir söz deyə bilməyəcəyini bildirib: "Prezident hər bir məmurun fəaliyyətini qiymətləndirib müvafiq sərəncam verir. Prezidentin kimisə işdən azad etməsinə münasibət bildirmək mənim səlahiyyətimdə deyil".

Xəbər lenti

Xəbər lenti