...

Rəsul Quliyev əvvəlcə Avropaya getmək niyyətindədir

Siyasət Materials 20 Oktyabr 2005 19:40 (UTC +04:00)

Azərbaycan Demokratik partiyasının (ADP) sədri Rəsul Quliyev parlament seçkiləri ərəfəsində Bakıya gəlmək üçün daha bir cəhd etmək niyyətindədir. NTV telekanalının Simferopol bürosundan Trend ə bildirilib ki, getmək öncəsi Simferopol hava limanında Rəsul Quliyev brifinqdə bu barədə bəyan edib.

O, Bakıya Avropadan gəlməyə hazırlaşır.Burada R.Quliyev "strasburqlu" (Avropa Şurası) deputatlar qarşısında çıxış etmək və onları Azərbaycandakı vəziyyət barədə məlumatlandırmağa hazırlaşır.Avropaya gedənədək R.Quliyev Kiyevdə ukraynalı siyasətçilər və rəsmi şəxslərlə görüş keçirmək niyyətindədir.

R.Quliyev bildirib ki, Bakıda həbs oluna biləcəyini dərk edir.Amma qayıtmaq fikrində israrlıdır.Onun sözlərinə görə, əgər xalq hazırkı hakimiyyəti seçərsə, onda mən şad olaram.

Xəbər lenti

Xəbər lenti