...

Prezident ABŞ dövlət katibinin müavinini qəbul edib

Siyasət Materials 20 Oktyabr 2005 21:05 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Fridin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, prezident D.Fridin bu səfərinin əlaqələrin inkişafı baxımından çox önəmli olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyi günü münasibətilə prezident Corc Buşun göndərdiyi ğəbrik məktubuna görə ABŞ hökumətinə və prezidentinə təşəkkür bildirib: "Əminəm ki, ölkələrimiz arasında mövcud olan tərəfdaşlıq, dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir".

D.Frid isə öz növbəsində təkcə regionda deyil, bütün dünyada gedən bir sıra proseslərlə bağlı onları dəstəklədiyinə, terrorizmə qarşı mübarizəyə verdiyi dəstəyə, Xəzərin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki əməkdaşlığa, hərbi və iqtisadi sahələrdə işbirliyinə görə ABŞ hökuməti adından Azərbaycana minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti