...

Millət vəkilləri ezamiyyət xərclərinin azlığından şikayətlənib

Siyasət Materials 20 Oktyabr 2005 21:07 (UTC +04:00)

Parlament üzvlərinin xarici ezamiyyət xərcləri Milli Məclisin 2006-cı il üçün xərclər smetasında çox az miqdarda göstərilib. Trend xəbər verir ki, bu barədə millət vəkili Səyavuş Novruzov Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib: "Mən dəfələrlə xaricdə olarkən Arif Rəhimzadə (birinci vitse-spiker), Ziyafət Əsgərovla (vitse-spiker) əlaqə yaradıb bildirmişəm ki, bizim üçün ezamiyyət xərcləri o qədər ayrılıb ki, oteldə qalmağa belə çatmır. Bunu nəzərdə saxlamaq lazımdır".

S.Novruzov eyni zamanda onu da bildirib ki, parlamentin üzvlərini xaricə ezamiyyətə göndərəndə onlar təyyarədə biznes klassda yerləşdirilsinlər: "Ancaq bəzən millət vəkilləri hansısa səfərə gedəndə alverçilər və yaxud da başqa təbəqənin nümayəndələri ilə bir salonda əyləşirlər. Nazirlər Kabineti bu barədə norma qoysa da ona əməl edilmir. Onların öz işçiləri belə bu imtiyazlardan istifadə etmirlər".

Digər millət vəkillərindən Asya Manafova, Əsmətxanım Məmmədova, Elman Məmmədov və başqaları da ezamiyyət xərcinin azlığından şikayətlənərək bunun artıralmasını xahiş ediblər.

Qeyd edək ki, Milli Məclisin 2006-cı il üçün xərclər smetasında millət vəkillərinin ezamiyyət xərcləri 600 min manat nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti