...

Parlament 2006-cı il dövlət büdcəsi haqqında qanunu qəbul edib

Siyasət Materials 21 Oktyabr 2005 13:32 (UTC +04:00)

Parlamentin oktyabrın 21-də keçirilən növbəti iclasında AR-in 2006-cı il dövlət büdcəsi haqqında" AR -nın qanun layihəsi qəbul edilib. Trend xəbər verir ki, 2006-cı il dövlət büdcəsi zərfinə daxil olan 13 qanun layihəsi də səs qoyularaq qəbul edilib. Bunlar aşağıdakılardır - "AR-in dövlət sosial müdafiə fondunun 2006-cı il büdcəsi haqqında", "AR-nın qanunlarında, digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında", "İnzibati ixracat haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında" AR-in qanun layihələri, "AR-in Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə", "AR-in bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında", "AR-in Milli Məclisinin 2006-cü il üçün xərclər smetası haqqında", "AR Hesablama palatasının 2006-cı il üçün xərclər smetası haqqında", "AR kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (İFAD) arasında borc sazişinin təsdiq edilməsi haqqında" və "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi haqqında" Konstitusiya qanunun layihəsi.

Daha sonra Milli Məclis F.İbrahimovun AR Hesablama Palatasının auditoru təyin edilməsi haqqında sənəd qəbul edib.

Xəbər lenti

Xəbər lenti