...

ABŞ-ın ATƏT-dəki səfiri: Azad və şəffaf seçkilər Azərbaycan üçün vacibdir

Siyasət Materials 21 Oktyabr 2005 13:43 (UTC +04:00)

Vaşinqton Azərbaycanda seçkiqabağı kampaniyanın gedişində "polis zorakılığı barədə daxil olan məlumatlardan" narahatdır və respublika hakimiyyətini vətəndaşların sərbəst toplaşma azadlığının təmin olunması yolunda axtarışlarda "əlavə çeviklik və təşəbbüskarlıq nümayiş etdirməyə" çağırıb. Trend in məlumatına görə, belə bir bəyanatla ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında(ATƏT) səfiri Culiya Finli (Julie Finley) Vyanada çıxış edib.

Onun sözlərinə görə, seçki prosesinin demokratikliyi, mətbuatın müstəqilliyi və parlament seçkilərindən əvvəl və sonra sərbəst toplaşma azadlığı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

C. Finli qeyd edib ki, azad və şəffaf seçkilərin keçirilməsi təkcə "səsvermə günü azadlığın və aşkarlığın deyil, bütün seçki prosesinin gedişində şəffaflıq və aşkarlığın" nümayiş olunmasıdır.

"ABŞ oktyabrın 9-da Bakıda sanksiyalaşdırılmamış aksiya zamanı polis zorakılığı, eləcə də oktyabrın 16-da aralarında 20 deputatlığa namizədin də olduğu 300-ə yaxın müxalifət fəalının həbsi məsələsi ilə bağlı daxil olan məruzələrlə əlaqədar həyəcan keçirir", - deyə ABŞ-ın ATƏT-dəki səfiri bildirib.

"İnsan haqları sahəsində beynəlxalq standartlar hökumətə vətəndaşların dinc toplanma hüququnu məhdudlaşdırmağı qadağan edir", -deyə Finli qeyd edib və Azərbaycan hökumətini "Bakıda və respublikanın digər hər hansı bir regionunda vətəndaşların sərbəst toplaşma azadlığının təmin olunmasında həddən artıq aşkarlıq və çeviklik" göstərməyə çağırıb.

"Hazırki kontekstdə biz hər iki tərəfi bu vəzifənin uğurla yerinə yetirilməsi üçün dialoq prosesini dirçəltməyə çağırırıq", -deyə Finli əlavə edib.

Azərbaycandakı seçki kampaniyası üzrə ATƏT-in aralıq məruzəsinə istinadən Finli qeyd edib ki, o, "seçki prosesinə mane olan və bəzi namizədlərin seçki kampaniyasında onlara rəğbət göstərən yerli hakimiyyət orqanlarının hərəkətlərinə" aydınlıq gətirən xəbərlər gözləyir.

Amerikalı diplomat hakimiyyətin noyabrın 6-da keçiriləcək seçkilərin açıq və demokratik olacağına inanmağa əsas verən prezident İlham Əliyevin 11 may tarixli "Seçki təcrübəsinin təkmilləşdirilməsi barədə" sərəncamını yerinə yetirməyə çağırıb.

"Azərbaycanda seçkilərə cəmi 2 həftə qalıb və ABŞ bütün namizədləri və siyasi partiyaları seçkilərin etimadını təmin edə bilən kampanyia aparmağa çağırır", -deyə sonda bildirib.

Xəbər lenti

Xəbər lenti