...

Estoniya Tbilisidə Azərbaycanla Ermənistanın maraqlarının təmsil olunacağı səfirlik açacaq

Siyasət Materials 21 Oktyabr 2005 14:37 (UTC +04:00)

Estoniya Gürcüstanda Azərbaycanla Ermənistanın maraqlarının təmsil olunacağı səfirlik açacaq. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Səfirliyin açılması 2006-2009-cu illərdə ölkə nümayəndəliklərinin fəaliyyətinin inkişaf proqramında nəzərdə tutulub. Sənədə əsasən, Estoniya xarici ölkələrdə 4 yeni nümayəndəliyini açacaq. Səfirliklərin Gürcüstan və Bolqarıstanda açılması nəzərdə tutulur. Bu məqsədlə diplomatik nümayəndəliklərin açılmasına hazırlıqla məşğul olacaq diplomatlar 2006-cı ildə Tbilisiyə göndəriləcəklər.

Gürcüstanda səfirliyin 2007-ci ildə açılacağı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti