...

Yeni Azərbaycan Partiyasının müstəqil namizədlərinin əksəriyyəti geri çəkilirlər

Siyasət Materials 21 Oktyabr 2005 14:50 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasından (YAP) müstəqil şəkildə seçkiyə qatılan namizədlərin böyük əksəriyyəti partiyanın siyahısı üzrə olan namizədlərin xeyrinə geri çəkiliblər". Bu barədə Trend ə YAP-ın icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, proses hələ də davam edir. "Proses oktyabrın 25-ə qədər başa çatdırılacaq. Ancaq hələlik nə qədər namizədin geri çəkilməsi barədə bizdə dəqiq məlumat yoxdur".

YAP-ın icra katibinin digər müavini, millət vəkili Bahar Muradova isə bu prosesi hər bir partiya üzvünün tərəflər arasındakı razılığa hörmətlə yanaşması kimi dəyərləndirib. "Müstəqil şəkildə seçkiyə qatılan namizədlərimizin öz güclərini vahid siyahı üzrə olan namizədlərə vermələri seçki mədənimyyətinin bir göstəricisidir".

YAP icra katibinin müavini bu addımın müsbət keyfiyyətləri barədə danışaraq onu da qeyd edib ki, bu həm də səslərin bölünməsinin qarşısını almış olur.

Qeyd edək ki, bu proses ilk dəfə 74 saylı Lənkəran kənd seçki dairəsində həyata keçirilib. Bu dairədən müstəqil şəkildə namizəd olan iki YAP üzvü partiyanın vahid siyahısı üzrə namizəd olan Hadı Rəcəblinin xeyrinə geri çəkiliblər.

Xəbər lenti

Xəbər lenti