...

Azərbaycan və Pakistan iki razıvlapşma layüihəsi hazırlayır

Siyasət Materials 21 Oktyabr 2005 15:55 (UTC +04:00)

Azərbaycanla Pakistan arasında əməkdaşlığın inkişafı ilə bağlı iki razılaşmanın layihəsi imzalanır. Bu barədə Trend ə Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Razılaşmalar turizm və gömrük sahəsində əməkdaşlığın inkişafına aiddir. Sənədlər bu sahələrdə müqavilə-hüquqi məsələlərin nizamlanmasını nəzərdə tutur. Sənədlərin layihələri razılaşdırma mərhələsindədir və tərəflər üçün yaxın əlverişli zamanda imzalanacaq.

Bü günə kimi Azərbaycanla Pakistan arasında investisiyaların genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergiqoyulmalardan yayınma və s.barədə bir sıra razılaşmalar imzalanıb.

Xəbər lenti

Xəbər lenti