...

Murtuz Ələsgərov: Dövlət çevrilişinə cəhdlə bağlı çıxış edən namizədlər cinayət məsuliyyətinə alınacaqlar

Siyasət Materials 21 Oktyabr 2005 15:58 (UTC +04:00)

"Çıxışlarını dövlət çevrilişinə cəhd və konistitusion quruluşu dəyişdirmək üzərində quran namizədlər cinayət məsuliyyətinə alınacaq". Trend xəbər verir ki, bu barədə spiker Murtuz Ələsgərov bildirib.

Spiker adıçəkilən məsələ ilə bağlı onu da qeyd edib. "Ola bilsin ki, biz bu günə qədər səhlənkarlıq etmişik, bu adamların əməllərini görməmişik. Bundan sonra hər bir namizəd öz çıxışına məsuliyyət daşıyacaq".

Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinın bir ara belə namizədlərin çıxışlarına qada qoyduğunu bildirən spiker bunun yaxşı hal olduğunu nəzərə çatdırıb: "Hər bir namizəd qanunun qoyduğu tələblər çərçivəsində çıxış etməlidir".

Xəbər lenti

Xəbər lenti