...

Mübariz Qurbanlı: "Xüsusi ajiotaj yaratmağa ehtiyac duymuram"

Siyasət Materials 21 Oktyabr 2005 16:08 (UTC +04:00)

"Fərhad Əliyevlə Əli İnsanovun nazir vəzifələrindən kənarlaşdırılması ilə bağlı xüsusi ajiotaj yaratmağa ehtiyac duymuram". Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Millət vəkilə qeyd edib ki, hər yerdə belə hadisələr olub: "Bəzən hakimiyyətdə olan yüksək rütbəli şəxs başqa bir dəstəklə əlaqə saxlamağa cəhd göstərir və ifşa olunanda da siyasi qalmaqal olub. Belə insanların vəzifədən çıxarılması onların əmlləri ilə bağlıdır".

M.Qurbanlı prezidentin səlahiyyətinə aid olan belə məsələlərə münasibət bildirmək iqtidarında olmadığını qeyd edərək daha sonra deyib: "YAP və onun 400 min üzvü öz prezidentinin, öz sədrinin siyasətini daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək".

Xəbər lenti

Xəbər lenti