...

Seçkini müşahidə edəcək beynəlxalq KİV nümayəndələri və müşahidəçilərin sayı artıb

Siyasət Materials 21 Oktyabr 2005 17:03 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq kütləvi informasiya vasitələri (KİI) nümayəndələrinin sayı 71 nəfərdir. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib. Beynəlxalq KİV nümayəndələrindən 20 nəfəri "Reuters" İnformasiya Agentliyinin, 1 nəfər Beynəlxalq fransız radiosunun (RFR), 3 nəfər Kanada Dövlət Televiziyasının (CBC), 4 nəfər "TBS" yapon teleradio şirkətinin, 5 nəfər "Əlcəzirə" kanalının, 1 nəfər "Dubay" televiziyasının, 6 nəfər TRT kanalının, 2 nəfər Anadolu Agentliyinin, 1 nəfər "İTAR-TASS" Agentliyinin, 12 nəfər Rusiyanın Birinci kanalının, 5 nəfər "Eurovision"un Moskva bürosunun, 7 nəfər Ümumrusiya dövlət televiziya və radioyayım şirkətinin, 1 nəfər İspaniyanın "El-Pais" qəzetinin, 1 nəfər Almaniyanın "DIE WELT" qəzetinin və 2 nəfər Rusiyanın "Azerrus qəzeti"nin əməkdaşlarıdır.

Parlament seçkilərini müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq
müşahidəçilərin sayı isə 226 nəfərə çatıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 47, Müstəqil Dövlətlər Birliyinin (MDB) 133, MDB Parlament Assambleyasının 3, Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun (IFES) 2, Ukrayna Mərkəzi Seçki Komissiyasının 3, Gürcüstan Mərkəzi Seçki Komissiyasının 3, Avrasiya Fondunun 1, Beynəlxalq Böhran Qrupunun 3, Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin 25, Almaniyanın Maqdeburq Universitetinin 6 nəfər müşahidəçisi qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti