...

Konstitusiya Məhkəməsinin Plenumu Hacı Hacıağa Nurinin namizədliyini bərpa edib

Siyasət Materials 21 Oktyabr 2005 17:11 (UTC +04:00)

"Konstitusiya Məhkəməsinin Plenumu oktyabrın 21-də Hacı Hacıağa Nurinin seçkilərdə iştirakını təmin etmək məqsədilə qərar qəbul edib". Bu barədə Trend agentliyinə H.H.Nuri bildirib.

H.H.Nuri daha sonra qeyd edib: "Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçən plenumda qərara alınıb ki, namizədliyimin ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK), Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bütün qərarları Konstitusiyanın 7 maddəsinə ziddir. Buna görə də hüquqlarım bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib".

H.H.Nuri onu da bildirib ki, hüquqlarının bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərar Azərbaycanın demokratik bir dövlət olmasının əsas göstəricisidir: "Mən inanırdım ki, ədalət zəfər çalacaq. Bununla da bir daha əmin oldum ki, Azərbaycanda demokratiya var. Artıq bu gündən seçki təbliğatıma başlayacam".

Qeyd edək ki, İslam Partiyasının sədri H.H.Nurinin namizədliyi Azərbaycançı Qüvvələr Seçki bloku üzrə 28 saylı Sabunçü üçüncü seçki dairəsindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti