...

500 namizəd seçicilərin mürəkkəbdən istifadə edərək səs verməsi təşəbbüsünə qoşulub

Siyasət Materials 21 Oktyabr 2005 17:49 (UTC +04:00)

"Səsvermə zamanı seçicilərin mürəkkəbdən istifadə etmələri ilə bağlı müraciəti 500 namizəd imzalayıb". Trend xəbər verir ki, bu məsələ ilə bağlı oktyabrın 21-də keçirilən toplantıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) (AXCP) sədr müavini Fuad Mustafayev bildirib.

F.Mustafayev sənədin imzalanma prosesinin hələ də davam etdiyini bildirib. Qeyd edib ki, prosesdə Liberal Partiyasının, Milli Birlik Hərəkatının, "Yeni Siyasət" və "Azadlıq" seçki blokundan, Kommunist və Yeni Azərbaycan Partiyasından olan namizədlər iştirak ediblər.

AXCP sədrinin müavini onu da vurğulayıb ki, imzalanma prosesi başa çatdıqdan sonra sənəd Mərkəzi Seçki Komissiyasına və Milli Məclisə göndəriləcək.

Qeyd edək ki, "Azadlıq" bloku tərəfindən qaldırılan bu məsələ ilə bağlı müraciət ölkə prezidentinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, ATƏT-in və Avropa Şurasının Bakı ofislərinə, Bakıda akkreditə olan xarici səfirliklərə də ünvanlanıb. Müraciətdə deyilir ki, seçkilər zamanı bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısını almaqdan ötrü barmaqların mürəkkəbə batılırması daha məqsədəuyğun hesab edildiyi üçün bu prosesin həyata keçirilməsini təmin etsinlər.

Xəbər lenti

Xəbər lenti