...

"Gənc Azərbaycan-Yeni Adlar" seçki bloku Mərkəzi Seçki Komissiyasına müraciət edib

Siyasət Materials 21 Oktyabr 2005 17:53 (UTC +04:00)

"Gənc Azərbaycan-Yeni Adlar" seçki bloku Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend xəbər verir ki, adıçəkilən blokun namizədləri oktyabrın 21-də toplantı keçirərək seçki təbliğatı ilə bağlı bir sıra məsələləri müzakirə edərək bu qərara gəlib.

Seçki blokunda təmsil olunan 10 namizəd əsasən seçki təbliğatı zamanı üzləşdikləri problemlərdən danışıblar. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini verən Elşad İsgəndərov qeyd edib ki, seçki təbliğatı aparmaq üçün ona lazımi şərait yaradılmayıb: "Mənimlə eyni seçki dairəsindən namizəd olan şəxslər öz maddi imkanlarından istifadə edib seçiciləri ələ alırlar".

29 saylı Səbael seçki dairəsindən namiəzdliyi qeydə alınan Fuad Muradov da ona qarşı aparılan antitəbliğatdan söz açıb. Bildirib ki, seçki plakatları məlum olan şəxslər tərəfindən cırılır, əksəriyyəti isə ümumiyyətlə qoparılıb: "Biz namizədlərimizə qarşı aparılan antitəbliğata etiraz edir və bunun qarşısının alınması məqsədilə lazımi orqanlara müraciət edirik".

Xəbər lenti

Xəbər lenti