...

Rəsul Quliyev Azərbaycana qayıdacağı tarixi oktyabrın 25-də açıqlayacaq

Siyasət Materials 21 Oktyabr 2005 19:14 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev Azərbaycana qayıdacağı günü oktyabrın 25-də özü açıqlayacaq. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Oktyabrın 25-i saat 12:00-da Azərbaycan Demokrat Partiyasının qərargahında Rəsul Quliyevin ölkəyə qayıdışı ilə bağlı yaradılmış Milli Komitənin iclası keçiriləcək. Rəsul Quliyev telefon vasitəsilə həmin tədbirə qatılacaq. O, Azərbaycana qayıdacağı tarixlə bağlı məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti