...

Ayaz Mütəllibov seçicilərlə selektor vasitəsilə görüşəcək

Siyasət Materials 22 Oktyabr 2005 11:26 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri, eks-prezident Ayaz Mütəllibov oktyabrın 22-də saat 18.00-da Əbilov adına mədəniyyət evində seçicilərlə selektor vasitəsilə görüş keçirəcək". Bu barədə Trend ə A.Mütəllibovun seçki qərargahının rəhbəri Tofiq Əhmədov bildirib.

T.Əhmədov görüşdə ASDP-nin digər həmsədri Araz Əlizadənin və A.Mütəllibovun 10 vəkilinin də iştirak edəcəyini vurğulayıb: "Bu, Ayaz Mütəllibovun seçicilərlə ilk görüşü olacaq".

A.Mütəllibovun seçki qərargahının rəhbəri onu da bildirib ki, eks-prezidentin seçki təbliğatı uğurla davam edir. "İndiqo" mətbəəsində çap edilən A.Mütəllibovun 500 ədəd plakatı namizədi olduğu ərazidə vurulub: "Plakatlar azlıq təşkil etdiyindən yenidən sifariş verməyi düşünürük".

Qeyd edək ki, Moskvada mühacir olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun namizədliyi 12 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınıb. Seçki təbliğatına isə oktyabrın 10-dan başlanılıb.

Xəbər lenti

Xəbər lenti