...

Ombusman Gəncədə olub

Siyasət Materials 22 Oktyabr 2005 13:41 (UTC +04:00)

Oktyabrın 22-də ombusman Elmira Süleymanova Gəncədə olub və əhali ilə görüş keçirib. Onun sözlərinə görə, bu görüşdən əvvəl o, bir neçə rayonda tədbirlərdə iştirak edib. Bu dəfəki görüş isə sayca 13-cüdür. Ombusmanla yanaşı yığıncaqda Daxili İşlər nazirliyinin və MSK-nın nümayəndələri də iştirak edirdi.

Elmira Süleymanovanın sözlərinə görə, bu dəfəki görüşlərin əsas mövzusu seçkilərdir. Ombudsman qeyd edib ki, regionlarda əsas şikayətlər məntəqə komissiyalarında baş verən neqativ hallarla bağlıdır.

Onun sözlərinə görə, ombudsman aparatı respublikanın 13 regionunu əhatə edən seçkiləri müşahidə edəcək tədbirlər planı hazırlayıb. Bu plana GƏNCƏ-Qazax regionu da daxildir.

Xəbər lenti

Xəbər lenti