...

"Azadlıq" blokunun oktyabrın 23-də paytaxtın müxtəlif yerlərində eyni vaxtda aksiyasına cəhd göstəriləcək

Siyasət Materials 22 Oktyabr 2005 14:10 (UTC +04:00)

"Azadlıq" bloku oktyabrın 23-də şəhərin ayrı-ayrı yerlərində, əsasən də 6 meydanda aksiya keçirməyə cəhd göstərəcək. Bu barədə Trend ə "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədirinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. O, bildirib ki, həmin gün şəhərin müxtəlif yerlərində aksiyaların hamısı eyni vaxtda keçiriləcək.

Müxalifətçilər bir neçə istiqamətdən metronun "28 May" stansiyası qarşısındakı meydanda doğru hərəkət edəcəklər. Həmçinin metronun "Gənclik", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" stansiyaları yaxınlığındakı meydanlarda və digər yerlərdə də aksiyalar keçirilməsinə cəhd göstəriləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun təklif etdiyi marşrutlar üzrə aksiyalara icazə verməyib. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev isə hər zaman olduğu kimi, bu dəfə də izacəsiz aksiyaların qarşısının qətiyyətlə alınacağını bildirib.

Xəbər lenti

Xəbər lenti