...

Ali Məhkəmənin Plenumu Türk Millətçi Partiyası sədrinin iddasına baxacaq

Siyasət Materials 22 Oktyabr 2005 14:30 (UTC +04:00)

Ali Məhkəmənin Plenumu Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturanın iddiasına baxacaq. Bu barədə Trend agentliyinə TMP sədrinin özü bildirib.

Qeyd edək ki, TMP sədri Vüqar Bəyturan 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarından mərhələ-mərhələ digər instansiyalara - Mərkəzi Seçki Komissiyasına, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edib. Son üç instansiya 70 saylı Masallı şəhər seçki dairə komissiyasının qərarını qüvvədə saxladıqları üçün partiya sədri Ali Məhkəmənin plenumuna müraciət edib.

Ali Məhkəmənin plenumunun məsələyə gələn həftə baxacağını deyən partiya sədri daha sonra bildirib: "Bu instansiya da mənim hüquqlarımı bərpa etməsə, onda Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacam".

Partiya sədri onu da bildirib ki, hüquqlarının qorunması ilə bağlı əl atacağı son variant aclıq aksiyası olacaq.

Xəbər lenti

Xəbər lenti