...

Yaşar Əliyev "Azadlıq" blokunun aksiyası zamanı 15 nəfərin həbs olunduğunu bildirib

Siyasət Materials 23 Oktyabr 2005 18:38 (UTC +04:00)
Yaşar Əliyev "Azadlıq" blokunun aksiyası zamanı 15 nəfərin həbs olunduğunu bildirib

"Azadlıq" blokunun oktyabrın 23-də Nəriman Nərimanov kinoteatrı qarşısındakı meydanda icazəsiz aksiya keçirməyə cəhd göstərən "Azadlıq" blokunun üzvlərindən 15 nəfəri həbs edilib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev aksiya dağıdıldıqdan sonra məlumat verib.

O bildirib ki, icazəsiz aksiyada təxminən 150 nəfər adam iştirak edib. Yaşar Əliyevin sözlərinə görə, aksiyanın dağıdılması zamanı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hallarına yol verilməyib, ictimai asayiş pozulmayıb, və həmin ərazidə sabitlik bərpa edilib.

Yaşar Əliyev qeyd edib ki, icazəsiz aksiya keçirməyə cəhd göstərərkən müxalifətçilərdən 15 nəfəri saxlanılıb. Onun sözlərinə görə, blokun funksioneri Pənah Hüseyn də saxlanılıb, lakin az keçmədən sərbəst buraxılıb.

Y.Əliyev iczaəsiz aksiyanın qarşısının alındığını və ciddi qarşıdurmalar baş vermədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti