...

Bakıda keçirilmiş səsvermdə Donald Tusk liderlik edir

Siyasət Materials 24 Oktyabr 2005 12:07 (UTC +04:00)

Oktyabrın 23-də Polşada prezident seçkiləri üzrə Bakıda keçirilən səsvermənin ikinci mərhələsində Donald Tusk liderlik edir. Bu barədə Trend ə Polşanın Azərbaycandakı konsulu Daryuş Kaminski məlumat verib.

Onun sözlərinə görə, seçkilər günündə səfirlikdə təşkil olunmuş seçki məntəqəsinə 18 seçici gəlib, onların 15-i Donald Tuska, 3-ü isə Lex Kaçinskiyə səs verib. Konsul bildirib ki, bu seçicilər diplomatik missiyada, müxtəlif şirkət və müəssisələrdə müvəqqəti çalışan Polşa vətəndaşlarıdır. Onların ümumi sayı isə 70-ə yaxındır.

Konsulun sözlərinə görə, xaricdə və elə Polşanın özündə səsvermənin nəticələri naməlum səbəblərə görə fərqlənir.

Xatırladaq ki, Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərin 2-ci mərhələsində "Mülki platforma" sağ liberal partiyasının lideri Donald Tusk və Varşava meri Lex Kaçinski (Lech Kaczynski) ("Hüquq və ədalət" partiyası) arasında mübarizədə sonuncu 53,7% səslə qalib gəlib, D.Tusk isə 46,3% səs toplayıb.

Xəbər lenti

Xəbər lenti