...

Abadlaşdırma Park-Bağ Departamenti ləğv olunub

Siyasət Materials 24 Oktyabr 2005 13:28 (UTC +04:00)

Başı Şəkər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə Abadlaşdırma Park-Bağ Departamenti ləğv olunub. Trend bu məlumatı BŞİH-in mətbuat xidmətindən əldə edib.

Departamentin ləğvi ilə əlaqədər onun 23 əməkdaşı da tutduğu vəzifədən azad edilib.

Departamentin nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfat Birliyi isə öz fəaliyyətini davam etdirir. Birliyin sədri Vaqif Novruzov bildirib ki, BŞİH başçısının imzaladığı sərəncamın Birliyin fəaliyyətinə aidiyyatı yoxdur.

Qeyd edək ki, Abadlaşdırma Park-Bağ Departamentinə keçmiş iqtisadi inşikaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin qardaşı Əlipənah Əliyev sədrlik edib.

Xəbər lenti

Xəbər lenti