...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 24 Oktyabr 2005 14:02 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (17-21 oktyabr) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin bir bareli $53,38 təşkil edib ki, bu da oktyabrın 10-14-də olan orta yüksək qiymətdən $1,70 azdır.

Trend in məlumatına görə, oktyabrın 17-dən 21-nə kimi URAL neftinin bir bareli $55,26 (17 oktyabr) təşkil edib ki, bu da neftin bu növünün oktyabrın 12-də müəyyən olunan 10-14 oktyabrdakı ən son qiymətdən $1,12 azdır. Ötən həftə URAL qneftinin bir barelinin qiyməti $51,44 (21 oktyabr) təşkil edib ki, bu da oktyabrın sonunda müəyyən edilən 10-14 oktyabrdakı minimal qiymətdən $2,5/ azdır.

Ötən həftə Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $57,99 təşkil edib ki, bu da 10-14 oktyabrdakı orta yüksək qiymətdən $0,63 azdır.

Ötən həftə (17 oktyabr) Brent neftinin bir barel üçün maksimal qiyməti $59,46 təşkil edib ki, bu da oktyabrın 13-də bu növ üçün müəyyən olunan son qiymətdən $0,53 azdır.

Ötən həftə Brent neftinin bir barel üçün minimal qiyməti $56,75 (21 oktyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə oktyabrın 10-da müəyyən edilən minimal qiymətdən $0,05 çoxdur.

Ötən həftə Brent-də nisbətən URAL (EX-NOIO) bir bareli $4,61 ucuz satılıb ki, bu da bündan əvvəlki həftədə olan orta göstəricidən $1,08 çoxdur.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, tərkibindəki kükürd isə 1,3% təşkil edir. DTD -nin sıxlığı API üzrə 38,3 dərəcə, tərkibindəki kükür isə 0,36% təşkil edir.

Azərbaycanın noyabr-dekabr aylarında Novorossiysk limanından 800 min ton neft satacağı ehtimal olunur. Bu həcmdən 640 min ton ABƏŞ-in payına düşür. Hər birində 80 min ton olmaqla iki partiyanın ARDNŞ-in yükləyəcəyi planlaşdırılır. Yanvar- sentyabr aylarında ARDNŞ Novorossiyskdən 1,298 miln. ton URAL nefti yola salıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqafisədə 689 min ton azdır. Bu dövrdə ABƏŞ Novorossiyskdən 1,683 miln. ton URAL nefti yola salıb. ARDNŞ oktyabrdakı tenderlərdə Novorossiyskdən 227 min ton neft satıb. Bu həcm Mercuria Energy Trading (142 min ton) və Iitol (85 min ton) şirkətləri tərəfindən yola salınacaq.

Ötən həftə ARDNŞ Gürcüstanın Supsa limanından Azeri Light neftinin satışı üzrə tenderi bağlayıb. Tenderin qalibi Select Energy GMBH elan edilib ki, bu şirkət noyabrın 18-19-da 1 miln. barel neft (135 min ton) yükləyəcək. ARDNŞ-in Supsadan 1 miln. barel neft üzrə elan etdiyi bundan əvvəlki tenderi Türkiyənin Tupras şirkəti udub. Tupras-a qədər 135 min ton Azeri Light neftini həmçinin, Select Energy GMBH udub.Ümumilikdə, cali ildə ARDNŞ-dən Azərbaycanın yüngül neftini Glencore, Arcadia, Unipetrol, Total, R-Trading, Select Energy və Tupras şirkətləri alıb. Yanvar-sentyabrda ABƏŞ üzrə tərəfdaşlar Bakı-Supsa boru kəməri vasitəsilə 5,157 miln. ton Azeri Light nefti ixrac edib.

Xəbər lenti

Xəbər lenti