...

Plenum MSK-nın Hacıağa Nuri ilə bağlı qərarını ləğv edib

Siyasət Materials 24 Oktyabr 2005 14:06 (UTC +04:00)

Oktyabrın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Mərkəzi Seçki Komissiyasının (MSK) Hacıağa Nuri ilə bağlı çıxardığı qərarın ləğvi məsələsinə baxılıb. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Plenum iclasında H.Nurinin namizədliyinin qeydə alınması tələbinə dair mülki işə baxılarkən iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib. İşə yenidən baxılması üçün onun apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Plenumun işində Azərbaycan Respublikası Baş Prokurorun müavini Eldar Nuriyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti