Gürcüstanın Mərkəzi Seçski Komissiyasının əməkdaşları noyabrın 6-da Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər.
Trend in Qafqaz-Press agentliyinə istinadən yaydığı məlumata görə, Gürcüstanı MSK-nın sədir Giya Kavtaradze Azərbaycana müşahidəçilər göndərmək üçün artıq Bakıdan rəsmi dəvət alınıb. Onun sözlərinə görə, hələlik gürpcü nümayəndə heyətinə neçə nəfərin daxil olacağı məlum deyil.
Kavtaradze, həmçinin, Gürcüstandan olan müşahidəçilərin ATƏT missiyasının tərkibində monitorinq keçirəcəyini də istisna etməyib.