...

Rəsul Quliyev mətbuat konfransı keçirib

Siyasət Materials 24 Oktyabr 2005 17:57 (UTC +04:00)

"Mən Azərbaycanda dövlət çevrilişi etmək barədə heç bir tapşırıq verməmişəm. Bu ittihamlar hamısı ağlasığmaz yalandır". Trend in məlumatına görə, bu fikirləri oktyabrın 24-də selektor vasitəsilə mətbuat konfransı keçirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev bildirib. O, keçmiş səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələri və onlarla birgə hakimiyyəti devirmək barədə dövlər orqanlarının bəyanatlarını təkzib edib. R.Quliyev deyib ki, keçmiş maliyyə naziri Fikrət Yusifovun bunlarla bağlı istintaqa verdiyi izahatları da yalandır.

R.Quliyev digər sabiq nazirlərlə də əlaqələrini təkzib edib: "Əli İnsanov mənim əleyhimə çirkin kampaniya aparan adamlardan biri olub. Əli İnsanov da, Fərhad Əliyev də tutulana qədər istədikləri vaxt istənilən ölkəyə gedib gəlirdilər. Əgər bizim əlaqələrim vardısa, şəxsən özləri ilə görüşə bilərdim, daha niyə kiminsə vasitəsilə söz göndərirdim?"-deyə R.Quliyev bildirib.

ADP lideri ölkəyə qayıdacağı tarixi özü üçün müəyyən etdiyini və seçkiyə qədər Azərbaycana gələcəyini diqqətə çatdırıb. Azərbaycana əlverişli şərait yarandıqda gələcəyini bildirən R.Quliyevin sözlərinə görə, "əlverişli şərait" dedikdə əsasən, beynəlxalq təşkilatların, xarici dövlətləritn ona dəstəyini nəzərdə tutur.

Qeyd edək ki, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinin və Respublika Prokurorluğunun birgə bəyanatında bildirilib ki, R.Quliyev Fikrət Yusifovla bir neçə dəfə görüşüb, Azərbaycanda dövlət çevrilişinə hazırlıqla bağlı tapşırıqlarını onun vasitəsi ilə Fərhad Əliyevə, Əli İnsanova çatdırıb. Hər iki keçmiş nazir bunun üçün istənilən qədər pulu ödəməyə hazır olduqlarını bildirib və müəyyən məbləğdə pulu da artıq veriblər.

Xəbər lenti

Xəbər lenti