...

Seçki günü ombudsman aparatının 20 müşahidəçisi müşahidə aparacaq

Siyasət Materials 24 Oktyabr 2005 18:13 (UTC +04:00)

Azərbaycanın regionlarında seçki siyahıları, təşviqat işəlrinin aparılması, seçicilərə vəsiqələrin verilməsi, yerli icra hakimiyyəti nümayəndələrinin seçki prosesinə müdaxiləsi kimi məsələlərlə bağlı problemlər mövcuddur. Trend bildirir ki, oktyabrın 24-də Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova ombudsman aparatı tərəfindən təşkil elimiş "KİV və seçkilər" adlı seminarda çıxış edərkən bu barədə bəyan edib.

Onun sözlərinə görə, belə mənfi hallarla o, ölkənin regionlarına səfəri zamanı rastlaşıb.Bu faktlar demokratik və azad seçkilərin keçirilməsi yüün ciddi maneələr yaradır. Ombudsman bildirib ki, seçkilər ərəfəsində və seçki günü ombudsman aparatının 20 müşahidəçisi müxtəlif seçki dairələrində və məntəqələrində müşahidə aparacaq.

Ombudsman deputatlığa namizədlərin bərabər qaydada təşviqatında, onların konstitusiya hüquqlarına riayət olunmasında, platformalarının düzgün işıqlandırılmasında, seçki mədəniyyətinin şərhində və s. bu kimi məsələlərdə KİV-in xüsusi rolu olduğunu qeyd edib.

Seminarın işində mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli iştirak edib.

Ə.Amaşovun sözlərinə görə, onun rəhbərlik etdiyi Şura müntəzəm olaraq KİV-in monitorinqini keçirir və burada KİV haqqında qanunu tamamilə pozan materiallar aşkar edilir. O, qeyd edib ki, bəzən redaksiya materiallarını reklam materiallarından ayırmaq çətindir.Şura sədri bildirib ki, seçkilərdən sonra şura bu KİV-ə qarşı ciddi tədbirlər görmək niyyətindədir.

Milli teleradio şurasının sədri N.Məhərrəmli bəyan edib ki, seçkiqabağı vəziyyətin işıqlandırılmasında mövcud olan ciddi problemlər qanunvericilikdə boşluqlar yaradır.Xüsusilə telekanalların namizədlər üçün təyin etdiyi pullu efir vaxtında problemlər vardır.

Xəbər lenti

Xəbər lenti