...

Apellyasiya Məhkəməsi Pənah Hüseynin iddasına baxıb

Siyasət Materials 24 Oktyabr 2005 18:26 (UTC +04:00)

"Oktybarın 24-də Apellyasiya Məhkəməsində "Azadlıq" blokunun mrəkəzi seçki qərargahının rəhbəri Pənah Hüseynin iddasına baxılıb" Bu barədə Trend ə P.Hüseyn bildirib.

Qeyd edək ki, P.Hüseyn Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinın (AzTV QSC) "Azadlıq" blokunun namizədlərinin hüquqlarının pozması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) və Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Səbəbini belə izah edib: "AzTV oktyabrın 17 və 18-də "Azadlıq" blokunnun namizədlərinin canlı efirinə qadağa qoydu. İsa Qəmbər pullu, Qurban Məmmədov isə ödənişli efir vaxtından məhrum edildilər. Mənə də ziyan dəydi".

P.Hüseyn bildirib ki, iddiası ilə bağlı Apellyasiya Məhkəməsində işə baxılarkən özü rayonda olub: "Artıq AzTV namizədlərin canlı efir vaxtını bərpa etdiyindən məhkəmənin hansı qərar qəbul etməsi mənim üçün əhəmiyyətli deyil".

Xəbər lenti

Xəbər lenti