...

Mixail Saakaşvili Azərbaycandakı son proseslərlə maraqlanıb

Siyasət Materials 24 Oktyabr 2005 19:37 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili oktyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Trend AR prezidentinin mətbuat xidmətinə istinadən bildirir.

Telefon söhbəti zamanı tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafı ilə bağlı məmnunluq ifadə edib. M.Saakaşvili son dövrlərdə Azərbaycanda cərəyan edən proseslərlə maraqlanıb.Azərbaycan prezidenti öz həmkarını cəmiyyətin demokratikləşdirilməsi istiqamətində görülən həlledici tədbirlər, dövlətə qarşı qeyri-qanuni cinayət hərəkətlərinin qarşısının alınması barədə məlumatlandırıb.

Söhbət əsnasında bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Gürcüstana aid hissəsinin istismara verilməsinə həsr olunmuş mərasimin böyük əhəmiyyəti qeyd olunub.

Prezidentlər Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı ilə bağlı əminlik ifadə edib.

Xəbər lenti

Xəbər lenti