...

Azərbaycan prezidenti Qərbi Avropa birliyi Assambleyasının sessiyasına dəvət olunub

Siyasət Materials 24 Oktyabr 2005 20:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 24-də Qərbi Avropa birliyi Assambleyasının (QABA) - Avropada təhlükəsizlik və müdafiə parlamentlərarası assambleyasının sədri Stef Qorisi qəbul edib.

S.Qoris İ.Əliyevi Qərbi Avropa birliyi Assambleyasının cari ildə ümumi sessiyasına dəvətlə bağlı məmnunluğunu bildirib.O, Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsinin Avropa üçün əhəmiyyətini vurğulayıb və Avropa birliyinin gələcək dəstəyilə ölkənin QABA-ya inteqrasiyasını qeyd edib. S.Qoris Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakını, eləcə də ölkədəki etnik və dini tolerantlığı yüksək qiymətləndirib. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təkcə Azərbaycan üçün deyil, Avropa üçün də əhəmiyyətini vurğulayıb və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.

İ.Əliyev deyib ki, Avro-Atlantik struktura, o cümlədən Avropa Birliyinə inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.O, Azərbaycanın AB yeni qonşuluq siyasətinə aid təşəbbüsündə fəal iştirakını qeyd edib.

Xəbər lenti

Xəbər lenti