...

13 namizəd Mərkəzi Seçki Komissiyasına müraciət edib

Siyasət Materials 25 Oktyabr 2005 11:17 (UTC +04:00)

"13 saylı Əzizbəyov birinci seçki dairəsindən bir qrup namizəd Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib". Trend xəbər verir ki, müraciəti deputatlığa 13 namizəd imzalayıb.

Müraciəti imza etməkdə məqsəd namizədlər arasında seçki təbliğatının bərabər şəkildə qurulmaması və təbliğat prosesində ciddi qanunsuzluqlara yol verilməsi olub. Müraciətdə qeyd olunub ki, adıçəkilən seçki dairəsindən olan namizədlər Rauf Əliyev, Tofiq Məmmədov və Vaqif Hüseynli seçki təbliğatlarını müvafiq qanunları pozmaqla həyata keçirirlər. MSK-ya şikayət edən namizədlər bu üç namizədin seçkidən kənarlaşdırılması tələbini də irəli sürüblər.

Qeyd edək ki, müraciəti Arif Talıbov, Akif Qələndərov, Qəhrəman Qəhrəmanov, Malik İslamov, Mübariz Xudaverdiyev, Bulud Həsənov, Nigar Ələkbərova, Mübariz Əhmədov, Fərhad Əliyev, Teyyub Əliyev, Nəriman Babayev, Midhət Abbasov və Nəsir Ağayev imzalayıblar.

Xəbər lenti

Xəbər lenti