...

Ruslan Hacıyev: "Faiq Məmmədovun ekstradisiyasının ləngiməsi bizə də bəlli deyil"

Siyasət Materials 25 Oktyabr 2005 12:57 (UTC +04:00)

"Aprelin 29-da Moskva şəhərində saxlanılmış Faiq Məmmədovun bu vaxta qədər Azərbaycana ekstradisiya olunmamasının səbəbləri bizə də bəlli deyil". Bunu Trend lə söhbətində Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq şöbəsinin rəisi Ruslan Hacıyev söyləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq başçısı Rəfael Allahverdiyevin müavini olmuş Faiq Məmmədov Moskvanın hüquq mühafizə orqanları tərəfindən Baş Prokurorluğun müraciəti əsasında saxlanılıb. Baş Prokurorluq onun Azərbaycana ekstradisiya edilməsi ilə bağlı müvafiq sənədləri Rusiya Federasiyasının Prokurorluğuna təqdim edib. Baş Prokurorluğun dəfələrlə etdiyi rəsmi müraciətlərə baxmayaraq, ekstradisiya hələ də baş tutmayıb.

Lakin şöbə müdiri F.Məmmədovun ekstradisiyasının yaxın vaxtlarda baş tutacağını da istisna etməyib.

Qeyd edək ki, 28 iyul 2004-cü il tarixdə Nəsimi rayon Məhkəməsi tərəfindən BŞİH-in sabiq icra başçısının keçmiş müavini barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.4-cü maddələri ilə cinayət işi qaldırılıb və həbsli axtarış elan edilib. Bu ilin aprel ayında isə o, Moskva şəhərində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti