...

Azərbaycanda əhalinin 35,6%-i ölkənin düzgün inkişaf yolunda olması qənaətindədir

Siyasət Materials 25 Oktyabr 2005 13:42 (UTC +04:00)

Azərbaycanda əhalinin 35,6%-i ölkənin düzgün inkişaf yolunda olması qənaətindədir. Trend in xəbər verdiyi kimi, Xəzərin Ehtiyatlarının Araşdırma Mərkəzinin oktyabrın 25-də açıqlanmış 2005-ci il hesabatına əsasən, ölkə əhalisinin 0,6%-i Azərbaycanın qeyri-düzgün inkişaf yolunda olduğunun hesab edir, 18% respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.

Hesabatın təqdimatında XEAM direktoru Lətif Kəngərlinski bildirib ki, hesabat Avrasiya Fondu tərəfindən maliyyələşən İnformasiya Təşəbbüs Sorğusu layihəsi çərçivəsində tələbələr və sosial tədqiqatlar aparan gənc alimlər üçün hazırlanıb. L.Kəngərlinin sözlərinə görə, bu, təhsil, səhiyyə, demoqrafiya, miqrasiya və s. sahələrdə aparılmış tədqiqatların nəticələrinin əks olunduğu ikinci illik hesabatdır.

Əhalinin böyük hissəsi hesab edir ki, ölkənin hərbi gücünü artırmaq, siyasi sabitliyi təmin etmək, tibbi xidmətləri yaxşılaşdırmaq, cinayətkarlıq və miqrasiyanın səviyyəsini azaltmaq, korrupsiya ilə mübarizəni gücləndirmək lazımdır.

Hesabatda əsas diqqət demoqrafik statistikaya yönəlib. Azərbaycanda qadınların 29,30%-i, kişilərin isə 15,80%-i işsizdir. Bütövlükdə əhalinin 70%-ə qədəri natamam təhsillidir.

Xəbər lenti

Xəbər lenti