...

Xarkovda Bəxtiyar Vahabzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 25 Oktyabr 2005 16:01 (UTC +04:00)

Bu günlərdə Ukraynanın Xarkov şəhərində Ukrayna-Azərbaycan "Dostluq" Cəmiyyətinin təşəbbüsü ilə Lısenko adına Xarkov Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Poeziya gecəsində Azərbaycan Dram Teatrının aktrisası, xalq artisti Laləzar Mustafayeva Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş məlumat verib, həmçinin onun şerlərini ifa edib. Mərasimdə çıxış edənlər görkəmli şairin Azərbaycan ədəbiyyatında xüsusi yerə malik olduğunu qeyd edib, onun hələ sovet dövründə yazdığı "Gülüstan" poemasının və bir çox digər əsərlərinin Azərbaycan xalqının milli özünüdərkində xüsusi rol oynadığını vurğulayıb. Bildirilib ki, B.Vahabzadənin yaradıcılığı Azərbaycan xalqının zəngin mədəniyyətinin bir hissəsinə çevrilib.

Tədbirdə Xarkov vilayətinin, habelə şəhər administrasiyanın nümayəndələri, regionda yaşayan 1500-dən artıq soydaşımız, eləcə də digər xalqların icma təmsilçiləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti