...

Azərbaycan prezidenti məhkəmə sistemi üzrə sərəncam imzalayıb

Siyasət Materials 25 Oktyabr 2005 16:29 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də "Məhkəmələr və hakimlər haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında qanunun tətbiq edilməsi barədə" sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, qanunun tətbiq edilməsi məqsədilə Nazirlər Kabinetinə bir ay müddətində hazırkı qanunvericik aktlarının adıçəkilən qanunvericik aktına müvafiq olaraq tətbiqinə dair təkliflər hazırlanması və prezidentə təqdim edilməsi, eləcə də hökumətin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməsi və öz səlahiyyətləri daxilində digər məsələləri həll etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti