...

Seçkinin nəticələri səsvermədən sonra 24 saat ərzində açıqlanacaq

Siyasət Materials 25 Oktyabr 2005 16:33 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) İnternet saytında yerləşdirilən seçici siyahılarına ünvanlar da əlavə edilib. Bu barədə Trend ə MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. Onun sözlərinə görə, seçicilərin ünvanlarının da göstərilməsi MSK tərəfindən edilən yenilikdir. İ.Babayev bildirib ki, seçici siyahıları İnternet saytında yerləşdirilib və hər bir vətəndaş bu siyahısında öz adını axtara və tapmayacağı təqdirdə məhkəməyə müracət edərək adınının siyahıya salınmasına nail ola bilər. Onun sözlərinə görə, bu parlament seçkilərində ilk dəfə olaraq seçici siyahılarının MSK-nın İnternet səhifələrində yerləşdirilməsi nəinki MDB məkanında, eləcə də dünyada rast gəlinən nadir hallardan biridir. İ.Babayev bildirib ki, seçki günü ilkin məlumatlar səsvermədən sonra 24 saat ərzində ictimaiyyətə açıqlanacaq.

Həmçinin məntəqə və dairə seçki komissiyalarının üzvlərinin də adlarının internet səhifəsində yerləşdirilib. İ.Babayevin sözlərinə görə, 30 minə yaxın məntəqə və dairə seçki komissiyalarının üzvlərinin siyahısı artıq tərtib olunub: "Hər bir vətəndaş bilməlidir ki, seçki günü protokollara kimlər imza atacaq, seçkini kimlər keçirəcək. Bütün bu tədbirlər seçkinin şəffaflığının təmin edilməsi üçün həyata keçirilir"-deyə İ.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti