...

Mirmahmud Mirəlioğlu: "Azadlıq" seçki bloku rəhbərləri ilə danışıqlar aparmağa ehtiyac yoxdur

Siyasət Materials 25 Oktyabr 2005 18:00 (UTC +04:00)

"Müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı "Azadlıq" seçki bloku rəhbərləri ilə danışıqlar aparmağa ehtiyac yoxdur" Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Qeyd edək ki, müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması təşəbbüsünü ilk dəfə Azərbaycan Milli Demokrat Partiyası irəli sürüb. Bununla bağlı yaradılan işçi qrupunun rəhbəri Oqtay Xəlilli "Azadlıq" blokunun rəhbərləri ilə danışıqları başa çatdırıb. O.Xəlilli bildirib ki, "Azadlıq" blokunun rəhbərləri ilə danışıqlar aparmaq üçün indi növbə AXCP (k) sədri Mirmahmud Mirəlioğlu ilə Vəhdət Partiyasının sədri Tahir Kərimlinindir.

M.Mirəlioğlu bildirib ki, o, müxalfətin vahid güc mərkəzinə çevrilməsinin tərəfdarıdır: "Müxalifət necə vahid koordinasiya şurası tərəfindən idarə oluna bilər ki, yeddi yerə parçalanıb. Mən müxalifətin birləşməsi ilə bağlı irəli sürülən bütün təklifləri qəbul edirəm. Ancaq reallıq odur ki, bunlar həyata vəsiqə ala bilmir".

AXCP (k) sədri onu da qeyd edib ki, məlum məsələ ilə bağlı "Azadlıq" blokunun rəhbərləri ilə danışıqlar aparmağa dəyməz: "Martın 15-dən onlarla apardığım danışıqların heç bir nəticəsi olmayıb. İndidən sonra hansı danışıqlardan söhbət gedə bilər".

Xəbər lenti

Xəbər lenti